“National Geographic Russia” jurnalında Azərbaycanla bağlı məqalə dərc edilib. “National Geographic Russia” jurnalında Azərbaycanla bağlı məqalə dərc edilib.

Məşhur jurnal Azərbaycandan yazdı - Milli geyim, mətbəx... (Fotolar)

“National Geographic Russia” jurnalında Azərbaycanla bağlı məqalə dərc edilib.

AzNews.az jurnalın rəsmi saytına istinadən xəbər verir ki, məqalədə Azərbaycanın şəhər və kəndləri, mənzərəli yerləri, milli geyimləri, mətbəxi, Azərbaycanda yaşayan etnik azlıqlar, ölkədəki tolerantlıq, din, xalçaçılıq sənəti, çövkən oyunu barədə məlumatlar qeyd olunub və fotolar əlavə edilib.

Məqalədə xüsusilə Bakı, Lerik, İsmayıllı, Şəki, Şamaxı, Qəbələ barədə məlumatlar diqqət çəkir. Şəki Xan Şarayı, Yeddi Gümbəz türbəsi, Bibi Heybət məscidi, Opera və Balet Teatrı haqda məlumatlar və fotolar da öz əksini tapıb. Həmçinin yazıda Azərbaycanın mənzərəli yerləri kimi Dağüstü park, Nohur göl (Qəbələ), Xınalıq (Quba), qırmızı dağlar (Xızı), İlandağ (Naxçıvan), Beşbarmaq dağı, Qobustan, İçəri şəhər, Nizami küçəsi (Bakı), Bakı parkı, Göygöl barədə məlumatlar da yer ayrılıb.

Qeyd edək ki, məqalədə əksini tapan şəkillər azərbaycanlı fotoqraf Etibar Cəfərov tərəfindən çəkilib.









Aydan AXUNDOVA
image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description