Heydər Əliyev Fondu CBC telekanalı ilə birgə layihəyə start verib. Heydər Əliyev Fondu CBC telekanalı ilə birgə layihəyə start verib.

Fransız dilini TV-dən öyrənə bilərsiniz – Azərbaycanda ilk (Video)

Heydər Əliyev Fondu CBC telekanalı ilə birgə layihəyə start verib.


AzNews.az xəbər verir ki, telekanalda ilk dəfə "Fransız dili dərsləri: Classe" tədris proqramı yayımlanacaq. Telelayihə həmçinin Azərbaycanın Dövlət Neft Şirkəti SOCAR, Fransanın Azərbaycandakı səfirliyi, Təhsil Nazirliyi və Bakı Fransız Liseyinin dəstəyi ilə həyata keçirilir.

Layihənin məqsədi fransız dilini müstəqil surətdə öyrənmək istəyənlərə kömək etməkdir. Fransız dili dərsləri bu xarici dili öyrənməyə başlayanlar üçün nəzərdə tutulub. Tədris metodikasının əsas prinsipləri geniş istifadə edilən leksika, qrammatika qaydaları və dilin təsviri-hissiyat səviyyəsində qavranılması üzərində qurulub.

Telelayihədə Bakı Fransız liseyinin müəllim və şagirdləri iştirak edirlər.

"Classe" tədris proqramının ilk buraxılışını yanvarın 9-da Bakı vaxtı ilə saat 20:20-də CBC telekanalında izləyə bilərsiniz.