Bəzi məşhurların övladları özlərinə o qədər oxşayır ki, onların əkiz olduğunu belə düşünmək olar. Mətbuatda da valideynlərə bənzərliyi ilə seçilən məşhur şəxslərin övladları ilə bağlı zaman zaman məlumatlar yayılır. Bəzi məşhurların övladları özlərinə o qədər oxşayır ki, onların əkiz olduğunu belə düşünmək olar. Mətbuatda da valideynlərə bənzərliyi ilə seçilən məşhur şəxslərin övladları ilə bağlı zaman zaman məlumatlar yayılır.

Anadan xal, atadan bacarıq... Hansı valideyninə daha çox oxşayır? - Fotolar

Bəzi məşhurların övladları özlərinə o qədər oxşayır ki, onların əkiz olduğunu belə düşünmək olar. Mətbuatda da valideynlərə bənzərliyi ilə seçilən məşhur şəxslərin övladları ilə bağlı zaman zaman məlumatlar yayılır.


AzNews.az ulduz valideynlərinə oxşarlıqda adları ən çox hallanan oğlan övladların fotolarını təqdim edir:

1.Viktoriya və Bruklin Bekhem




"Spice Girl"un keçmiş solisti ilə futbol əfsanəsi Devid Bekhamın 16 yaşlı oğlunun artıq indidən bütün dünya üzrə milyonlarla fanatı var: Bruklin yaraşıqlıdır, futbol oynaya bilir, skeytbord üzərində maraqlı fəndlər edir və dəb anlayışı var.



Eyni zamanda Bruklin ideal övladdır. İnstagramda Analar günündə belə bir şəkil yerləşdirib.



2. Sindi Krouford və Presli Gerber



Son zamanlar bütün diqqət Sindinin 14 yaşlı qızının üzərində cəmlənib. Super modelin 14 yaşlı qızının onun özündən daha güclü karyerası olacağını da ehtimal edənlər var. Lakin 16 yaşlı oğlu Presli anasının onu daha özəl edən əlamətini – dodağının üstündəki xalını miras götürüb. Sadəcə xal oğlanda sağ tərəfdədir.



3.Cerri Holl və Ceyms Cagger



70-ci illərin aparıcı modeli ilə rok ifaçısı Mik Caggerin böyük oğlu valideynlərinin izi ilə gedib: dəbdə olan brendlərin reklam çarxlarında çəkilir, rok qrupunda çıxış edir və bəzən filmlərdə rol alır. 30 yaşlarında olan oğlanın hələki heç bir nəzərə çarpan uğuru yoxdur. Onun rok qrupu yalnız dar çevrədə tanınır, rol aldığı filmlər ikinici dərəcəlidir, modelliyə isə ümumiyyətlə nifrət edir və yalnız pul üçün çəkilir.

Solda gənc Cerri Holl, sağda 2004-cü ildə "Tommy Hilfiger" reklamında Ceyms:



Bəlkə nə vaxtsa Ceyms öz tanınmış atasını canlandıracaq? Hər halda, o, həm bədəncə, həm də mimikalarından atasına çox bənzəyir (solda Ceyms, sağda Mik):




4. Şon və Hopper Penn



Müasir dövrün ən xarizmatik aktyorlarından biri 22 yaşlı oğluna təkcə tanınmış üz cizgilərini deyil, həm də çılğın xarakterini ötürüb: onların hər ikisi paparatsilərə qəzəbli hücumlarına görə "pis oğlanlar" kimi tanınır. Düzdür, Şon Penn qalmaqallara baxmayaraq, qadınların böyük rəğbətini qazanıb. Onun keçmiş həyat yoldaşı olan Madonna bu gün də Şonu "kainatın ən güclü oğlanı" adlandırır. Deməli, Hopper Pennin atasından öyrənməli olduğu hələ çox şey var.



5.Tom və Kolin Henks




Daha öncə sıraladığımız oğullardan fərqli olaraq 38 yaşlı Kolinin şəxsi uğurları kifayət qədərdir. O, onlarla filmlərdə və məşhur seriallarda rol alıb. Odur ki, onun bioqrafiyasında ulduz ata ilə yaxınlığı ən sonda qeyd olunur.

Solda Tom Henks "Forrest Gump" filmi zamanı (90-cı illərin ortaları), sağda isə oğlu:



6. Klint və Skott İstvud



Hollivudda bir-birinə daha çox bənzəyən ata ilə oğlu tapmaq çətindir: sanki Klint öz gəncliyini klonlaşdırıb.

Solda Klint İstvud "The good, the bad and the ugly" filmində, sağda isə Skott:



29 yaşlı Skott həm model, həm də film biznesində tələb olunan simadır. Solda ata, sağda isə oğlu:



7. Selin Dion və Rene-Şarl Anjelil



Selin Dionun 14 yaşlı oğlu yalnız son zamanlarda medianın diqqətini özünə çəkməyi bacarıb. Onları xüsusilə də İnstagramda kanadalı xokkeyçi Pi-Key Subban tərəfindən paylaşılan bu foto cəlb edib (əsl kanadalı Selin və onun oğlu xokkeyi çox sevirlər):



8. Madonna və Rokko Riçi



Pop-ikonanın 15 yaşlı oğlu hazırda tanınmış rejissor olan atası Gay Riçi ilə birgə Londonda yaşayır. Artıq heç bir tələb və şərtlərə baxmayaraq Rokko anasının yanına – Amerikaya qayıtmır. Bir müddət öncə anasına konsert turu zamanı kömək edən Rokkonun nə üçün qaçdığı məlum deyil. Deyilənə görə, anasının həddən artıq çox olan diqqəti və oğlu ilə mənasız foto və videoları İnstagrama yükləməsi buna səbəb olub. Bəlkə də əsl səbəb Madonnanın təhsilə dair tələbkar olmasıdır: Rokkonun atası bu sahədə daha loyaldır.



9. Daniel və Gabriel-Keyn Dey-Lyuis




Daniel Dey-Lyuis sağda (80-ci illərin ortaları) və oğlunun İnstagramdakı son şəkillərindən biri:



20 yaşlı Gabriel-Keyn atasından fəqli olaraq müğənni olmağa üstünlük verib. Düzdür, hələki o, yalnız model kimi tanınır. Ötən il "Chanel"in yay nümayişində iştirak edib.

10. Cek və Rey Nikolson



Hər bir insanı parodiya etmək və ya qrimlənərək ona bənzəmək olar. Lakin tamamilə eyni təbəssüm yalnız genlərlə ötürülə bilər. Yəqin ki buna daha çox son zamanlar kumiri olduğu Cek Nikolsona bənzəməyə çalışan Leonardo Di Kaprio təəssüf edir. Lakin, bəlkə də Leo düz yoldadır. Bir çoxları aşağıdakı fotoda 23 yaşlı Reyin Leoya bənzədiyini görə bilib. Deməli Dİ Kaprionun 70-li yaşlarda Cekə bənzəmək şansı var. Diqqətlə baxın: soldakı Leonardo Di Kaprio yox, məhz Rey Nikolsondur.



Aydan AXUNDOVA