Hollivud ulduzu Robert de Niro Bakıda biznes qurmağa hazırlaşır. Hollivud ulduzu Robert de Niro Bakıda biznes qurmağa hazırlaşır.

Məşhur Hollivud ulduzu Bakıda biznes qurur – Səfərə gələcək

Hollivud ulduzu Robert de Niro Bakıda biznes qurmağa hazırlaşır.


AzNews.az verir ki, bu barədə Trendy Vivo məlumat yayıb. Nəşrin yazdığına görə, aktyor heç vaxt burada olmasa da Bakının inanılmaz dərəcədə gözəl bir şəhər olduğunu eşitdiyini dilə gətirib. Hollivud ulduzu həmçinin qeyd edib ki, Bakıda qurmaq istədiyi bizneslə bağlı dəqiq planlar yoxdur, lakin o, bu şəhərə səfər etməyi çox istəyir. Aktyor Bakıda restoran açmaq istəyini, bu səbəbdən tezliklə Azərbaycana gəlmək istədiyini də qeyd edib.

De Niro başqa ölkələrə səfər edərkən, Bakı üzərindən keçdiyini və bu yaşayış məntəqəsi barədə müəyyən məlumata sahib olduğunu vurğulayıb.

Aktyorun biznes layihələrinin nə zaman reallaşacağı və restoranın hansı növdə olacağı isə hələki məlum deyil.

Aydan AXUNDOVA