- Köhnə - Maraqlı
- 27 Yanvar 2016 11:56
- 7 460
Bu yol buzu özü təmizləyəcək – Alimlərin yeni layihəsi
ABŞ-da özünü buzdan təmizləyən yollar istifadəyə veriləcək.
AzNews.az Azərbaycan Milli Elmlər Akademiyasının saytına istinadən xəbər verir ki, yollar barədə layihəni ABŞ-ın Nebraska Universitetinin professoru Kris Tuanın rəhbərlik etdiyi komanda hazırlayıb. Belə ki, alimlərin yeni layihəsinə əsasən polad yonqularından və karbondan hazırlanan yeni beton növü elektrikkeçiriciliyə malik olacaq, üzərinə toplanan qar və buzları isidərək əridəcək.
Hazırda Amerikanın Federal Aviasiya Adminstrasiyası bu beton materialının hazırlanmasını pilot proqram olaraq həyata keçirir. Əgər layihə uğurlu olarsa, ABŞ bu proqramdan aeroport asfaltlarının döşənməsində istifadə edəcək.