Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu 2 fevral Gənclər Günü münasibəti ilə paytaxtın bir sıra məkanlarında kitab paylama aksiyası keçirib. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu 2 fevral Gənclər Günü münasibəti ilə paytaxtın bir sıra məkanlarında kitab paylama aksiyası keçirib.

Gənclər günündə kitab aksiyası keçirildi - Fotolar

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu 2 fevral Gənclər Günü münasibəti ilə paytaxtın bir sıra məkanlarında kitab paylama aksiyası keçirib.



AzNews.az xəbər verir ki, Bilik Fondunun "Ev Kitabxanası" layihəsi çərçivəsində planlaşdırılan "Oxuyaq - oxudaq" adlı aksiyada gənclərə yaşıdları olan yazarların kitabları hədiyyə edilib. Fondun Könüllülər Birliyinin iştirakı ilə keçirilən aksiyanın orijinallığı kitabların paylandığı məkanlarla bağlıdır.

Fondun İnformasiya təminatı sektorundan verilən məlumata görə, aksiya planlaşdırılarkən belə qərara alınıb ki, əsasən iaşə xidməti sahəsində çalışanlar mütaliə mühitindən uzaq düşdüklərinə görə, kitablar bu zümrədən olan gənclərə paylansın.

Aksiya tikinti materialları satılan "Dərnəgül" bazarından başlayıb. Satıcı gənclər kitablara böyük maraq göstərərək, seçdikləri şeirləri elə oradaca uca səslə oxuyublar. Eyni mənzərə yeməkxanalarda və yanacaqdoldurma məntəqələrində də yaşanıb. Kitabları alan gənclər hədiyyədən məmnun qaldıqlarını bildirib, müştəri gözləyə-gözləyə mütaliə etməyin rahatlıq gətirdiyini, bununla yanaşı, kitabların ev kitabxanalarını bəzəyəcəyini deyiblər. Gənclərin bir qismi ümumiyyətlə şəxsi kitabxanaları olmadığını etiraf edərək, Fondun hədiyyə etdiyi kitabların kitabxana yaratmaqda stimul olacağını bildiriblər.

Bilik Fondunun "Ev Kitabxanası" layihəsi çərçivəsində "Oxuyaq - oxudaq" aksiyasına bir müddət əvvəl market satıcıları, taksi və avtobus sürücüləri cəlb olunub. Bu zümrədən olan insanlar da onlara hədiyyə edilən kitabları böyük məmnuniyyətlə qarşılayıblar.
image description image description image description image description image description image description image description image description image description