ODA teatrının direktoru Elmin Bədəlov istefa verib. ODA teatrının direktoru Elmin Bədəlov istefa verib.

Azərbaycanda teatr direktoru istefa verdi

ODA teatrının direktoru Elmin Bədəlov istefa verib.


AzNews.az-a daxil olan məlumata görə, onun yerinə teatrın gənc əməkdaşı Aynur Zərrintac, bədii rəhbər isə Nihad Qulamzadə təyin olunub. Məlumatı təsdiqləyən sabiq direktor Elmin Bədəlov AzNews.az-a açıqlamasında qərarın teatrın daxili toplantısında verildiyini deyib.

Toplantıda eyni zamanda teatrın repertuarında yenilənmə aparılıb və daimi repertuara "Səncə, döyəcəklər?", "Tikanlı məftillər", "Bəyaz şedevr", "MimOda 18+" tamaşaları daxil edilib, yeni tamaşaların hazırlanması üçün qərar verilib.

E.Bədəlovun sözlərinə görə, teatrın yeni direktoru Aynur Zərrintac müəllimədir: "ODA Teatrı yaranandan teatrda aktrisa və menecer kimi fəaliyyət göstərib. Teatrın inkişafında və yaranmasında böyük xidmətləri olub. Direktor olacağı müddətdə teatrın daha da inkişaf etməsi üçün yeni planlar hazırlayacaq. Teatrın yeni bədii rəhbəri Nihad Qulamzadə isə fotoqrafdır. ODA teatrı yaranandan aktyor və fotoqraf kimi fəaliyyət göstərib. Bir müddət direktor müavini olub. Bədii rəhbər olacağı müddətdə teatrın repertuarının genişlənməsində, eyni zamanda teatrda yaradıcı mühitin inkişafında yeniliklər edəcək".

Xatırladaq ki, ODA teatrı 2013-cü ildə yaranıb. E.Bədəlov yarandığı tarixdən gündən sözügedən teatrın direktoru vəzifəsində işləyib.

Bahar RÜSTƏMLİ
AzNews.az