Əməkdar artist, tanınmış muğam ifaçısı Elnarə Abdullayeva 3 günlük konsert proqramından əldə olunan maddi vəsaiti xeyriyyə aksiyasına sərf edəcək. Əməkdar artist, tanınmış muğam ifaçısı Elnarə Abdullayeva 3 günlük konsert proqramından əldə olunan maddi vəsaiti xeyriyyə aksiyasına sərf edəcək.

Muğam ifaçısından nümunəvi addım - Konsert gəlirlərini xeyriyyəyə sərf edəcək

Əməkdar artist, tanınmış muğam ifaçısı Elnarə Abdullayeva 3 günlük konsert proqramından əldə olunan maddi vəsaiti xeyriyyə aksiyasına sərf edəcək.


Bu barədə AzNews.az-a sənətçinin mətbuat katibi Tahirə Məmmədqızı bildirib. Onun sözlərinə görə, müğənninin konserti tələbat nəzərə alınmaqla daha 1 gün uzadılıb:
"Elnarə xanımın səsinə təlabat olduğundan konsertin vaxtını daha bir gün uzatdıq. Martın 28-də də Elnarə xanım Heydər Əliyev Sarayının səhnəsində olacaq. Bütün biletlər satılıb".

Sənətçinin nümayəndəsi bilirib ki, o, bir il bundan əvvəl də xeyriyyə işləri həyata keçirib: "Konsertlərdən sonra bu aksiya davam edəcək. Amma xeyriyyə işi kimi nələrə imza atacağımızı hələlik demək istəmirik".

Qeyd edək ki, E.Abdullayeva ötən il Heydər Əliyev Sarayında 3 günlük konsert proqramı ilə çıxış etmişdi.

Bahar RÜSTƏMLİ
AzNews.az