Sənətçilərimiz Macarıstanda

Macarıstanın Budapeşt şəhərində "Budapeştin ulduzları - gənclik, ilham, istedad" və "Macar oyunları" adlı XIV Beynəlxalq Festival keçirilib.

Festivalda əməkdar müəllim Tamilla Məmmədovanın şagirdləri Prezident təqaüdçüsü Kamil Həsənov, Jalə Mailova, Emil Əhmədzadə, Rahib İsgəndərov, Nərmin Əliyeva və Nəzrin Nəzirli iştirak edib.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, festivalda Azərbaycan, Almaniya, Böyük Britaniya, Macarıstan, Rusiya, Ukrayna və Yaponiyanın istedadlı uşaqların qatılıb. Qeyd edək ki, iştirakçılar iki nominasiya-fortepiano solo nominasiyası və fortepiano ansamblı nominasiyası üzrə mükafatlandırılıb.
"Macar oyunları" XIV Beynəlxalq Festival-Müsabiqəsində isə iştirakçılar diplomlarla təltif olunub.

Bahar Rüstəmli
AzNews.az