Bu gün tanınmış şair, tərcüməçi Nizami Zöhrabinin 40 mərasimi keçirilir. Mərasimdə ziyalılar, ədəbiyyat adamının qələm dostları və yaxınları iştirak edir. Bu gün tanınmış şair, tərcüməçi Nizami Zöhrabinin 40 mərasimi keçirilir. Mərasimdə ziyalılar, ədəbiyyat adamının qələm dostları və yaxınları iştirak edir.

Nizami Zöhrabinin ölümündən 40 gün keçir – Bioqrafiya

Bu gün tanınmış şair, tərcüməçi Nizami Zöhrabinin 40 mərasimi keçirilir. Mərasimdə ziyalılar, ədəbiyyat adamının qələm dostları və yaxınları iştirak edir.




18 iyul 2016-ci il tarixdə qəflətən ürək tutmasından vəfat edən N.Zöhrabi 01.01.1955-ci ildə Yardımlı rayonunun Xanbulaq kəndində anadan olub. 1981-ci ildə Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı institutunu bitirib.
Dünya Xalqları Yazıçılar Birliyinin Azərbaycandakı Baş Təmsilçisidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

3 mənzum bədii əsərin müəllifidir.

Birinci əsəri "Məkkədən doğan Günəş" (2002) 6754 beyttən ibarətdir və Həzrəti Muhəmmədin (s.ə.v) mövludundan vəfatına qədər olan dövrü əhatə edir. Bu kitab 2002-2013-ci illər arasında 7 dəfə çap olunub. Kitab haqqında Türkiyə, İran, İraq, Misir, Suriya, BƏƏ, Qazağıstan, Qırğızıstan, Tacikistan TV kanallarıyla proqramlar yayınlanıb.

İkinci əsəri - "Fateh" (2004) dünya tarixinin ən böyük hadisələrindən birinə – İstanbulun türklər tərəfindən fəthinə həsr edilib.
Bu əsər 2006,2010,2011,2012-cı illərdə İstanbulda "İz Yayıncılık"dan Türkiyə türkçəsində yayınlanıb. 2005-ci ildə Azərbaycan Dövlət Radiosu "Fateh"in 80 dəqiqəlik radio-teatrını hazırlayıb və 2005-2010 illərində Dövlət Radiosu ilə yayınlanıb. 2007-ci ildə "Fateh" radioteatrı İsveçdə özəl radio kanalıyla efirə verilib. Bu əsər 2004-2007-ci illərdə Azərbaycanda 5 dəfə yayınlanıb.

Üçüncü əsəri "Ulu Türkün Öndəri" (2007) Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün doğumundan Türkiyə Cümhuriyyətinin elanına qədər olan dövrü əhatə edir. Əsər 2010-cu ildə T.C. Atatürk Araşdırmalar Mərkəzində (Ankara) yayınlanıb. 2008-ci ildə bu əsərin 3 hissədən ibarət 4 saatlıq radioteatrı Azərbaycan Dövlət Radiosu tərəfindən səsləndirlib. Bu, Azərbaycan Dövlət Radiosu tarixində ilk və hələ ki, tək olan 3 hissəli radioteatrıdır. Əsərləri haqqında Azərbaycan, Türkiyə və Almaniya mətbuatında məqalələr nəşr olunub.

Hər 3 əsəri klassik şeir formasında, məsnəvi tərzində yazılıb. Əsərlərindən nümunələr universitet tələbələri üçün hazırlanmış dərsliklərə daxil edilib, onlar barədə beynəlxalq konferanslarda məruzələr edilib.

O, 2005-ci ildə YOM Türk Dünyası Mədəniyyət dərgisini təsis edib və 14 ölkəyə dağıdılan dərginin 2005-2008-ci illərdə baş redaktoru olub. Hazırda İstanbulda yayınlanan "YOM"un Azərbaycan təmsilçisidir.

Ədəbi fəaliyyəti ilə bağlı 20 fevral 2008-ci ildə Erciyes universitetində (Kayseri şəhəri) "Azərbaycandan Anadoluya uzanan şair: Nizami Zöhrabi" adlı konferans düzənlənib.

Bundan başqa onun ədəbi fəaliyyət ilə bağlı Azərbaycan Pedaqoji Universitetində(2006), Qazaxıstan Milli Universitetində (2016) konfranslar təşkil olunub. Ümumtürk mədəniyyəti haqqında 20-dən artıq məqalənin müəllifidir və bu mövzularda olan 30-dan çox televiziya proqramında iştirak edib.

Nizami Zöhrabi bədii tərcümə ilə də məşğul olurub. O, 145 əcnəbi yazıçının, şairin , elm adamının əsərlərindən nümunələri Azərbaycan türkcəsinə çevirib.

Ailəli idi, 3 övladı var.