Sənət adamlarına bəd xəbər: titullar ləğv olunacaq

"Bəzi məsələlər var. Düşünürlər ki, əməkdar artist, xalq artisti, xalq yazıçısı, xalq şairi, xalq rəssamı kimi adlar götürülməlidir. Yəni belə fikir var".

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin Mədəniyyət Komissiyasının sədri Nizami Cəfərov bildirdi.

N.Cəfərovun sözlərinə görə, əməkdar, xalq artisti, xalq yazıçısı, xalq rəssamı və xalq şairi titulunun götürülməsi fikri təsadüfi deyil: "Bu o qədər təsadüfi və yanlış fikir deyil. Bunun üzərində düşünmək lazımdır. Əlbətə, bunun üstündə cəmiyyət düşünür, dövlət də."

Bahar Rüstəmli
AzNews.az