Azərbaycan ədəbiyyatında özünün dəsti-xətti ilə seçilən şair Ramiz Rövşənin 70 yaşı tamam olur. Azərbaycan ədəbiyyatında özünün dəsti-xətti ilə seçilən şair Ramiz Rövşənin 70 yaşı tamam olur.

Kişilər bir olmur, atam balası - Ramiz Rövşən 70 yaş

Azərbaycan ədəbiyyatında özünün dəsti-xətti ilə seçilən şair Ramiz Rövşənin 70 yaşı tamam olur.


Görkəmli şairimiz Ramiz Rövşən AzNews.az-a 70 yaşında olan arzusunu açıqladı:

"Şairin arzusu onun xalqı və millətidir: "Azərbaycan xalqına, millətinə gözəl günlər arzulayıram. Üzümü tuturam Allaha deyirəm, gələn iliniz bu gündən yaxşı olsun."

Bu gününü toyda qeyd edəcəyini deyən Ramiz Rövşən dost və tanışlarına təşəkkürünü bildirib:

"Onlar tək ad günümdə deyil, bütün il uzunu mənə zəng edib, xəbər tuturlar. Konkret olaraq, bu günlə bağlı edilən zənglərdə hər hansı dəyişiklik hiss eləmirəm. Yazıçılar Birliyi bir tədbir keçirdi, orada Anar müəllim məni təbrik elədi. "TÜRKSOY" mənə medal göndərib. Bu sənət mükafatlarıdır. Onu götürüb-götürməməklə bağlı hər hansı bir problem yoxdur."

Bahar RÜSTƏMLİ
AzNews.az