Muğam müsabiqəsinin qalibi: “Efir istəyirəm...”

“İranlı olduğum üçün mənə efir vermirlər”



"Muğam müsabiqəsinin bütün iştirakçılarına efirlərdə imkan yaradılır. Bu mənim də haqqımdır. Amma təəssüflər olsun ki, burada mənə efir imkanı yaradılmır".
Bunu AzNews.az-a Muğam Müsabiqəsinin qaliblərindən olan, iranlı xanəndə Nasir Ətəpur dedi.

N.Ətəpurun sözlərinə görə, dəfələrlə AzTV-yə müraciət etməsinə baxmayaraq, ona efir üçün şərait yaradılmayıb: "Efir istəyirəm, amma vermirlər. Səbəbi də iranlı olmağımdan irəli gəlir. Bu imkanı mənə yaratmırlarsa, gedib o efirin qapısında dilənən deyiləm ki. Deməyəcəyəmm ki, siz Allah mənə efir verin. İstəyir çıxarsınlar, istəyir çıxarmasınlar. Amma bir məsələni vurğulayım ki, bu, mənim haqqımdır. Onlar da bunu bilərəkdən mənim əlimdən alırlar. Mənim muğam sənətində bildiyim mənə yetər".

Bahar Rüstəmli
AzNews.az