Mahirə Abdulla AYB-dən rəsmən qovuldu - QALMAQAL





Uzun müddətdir ki, Yazıçılar Birliyinin katibi Abbas Abdulla ilə şairə Mahirə Abdulla arasında davam edən qalmaqala nəhayət ki, nöqtə qoyuldu. Rüsvayçı olay sonda birincinin qələbəsi ilə yekunlaşdı.

AzNews.az-ın əldə etdiyi məlumata görə, M.Abdulla xeyli vaxtdır ki, işə gəlmədiyinə görə, Yazıçılar Birliyindən rəsmi şəkildə qovulub. Birlik onunla müqavilə bağlamaqdan imtina edib. Məlumat AYB-i tərəfindən təsdiqləndi.

Xatırladaq ki, bir müddət bundan öncə AYB-da Mahirə Abdulla ilə yazıçı Abbas Abdulla arasında xoşagəlməz insident yaranmışdı.

Bahar Rüstəmli
AzNews.az