Akademik Milli Dram Teatrında QALMAQAL




"Sərdar Rüstəmin teatrdan çıxması təzə hadisə deyil. Bu düz bil il bundan əvvəl olub. Hər ilin əvvəli aktyorlarla müqavilə imzalanır. İl başa çatandan sonra bütün aktyorlar kimi onunla da teatr arasında bağlanan müqavilənin müddəti bitdi. Teatr Sərdar Rüstəmovla arasında yenidən müqavilə imzalamadı".

Bunu AzNewsa.az-a Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov dedi.


Qeyd edək ki, Akademik Milli Dram Teatrının aktyoru Sərdar Rüstəmov işindən uzaqlaşdırılmasının səbəbini prezident İlham Əliyevə yazdığı məktubla əlaqələndirib. O, mətbuata verdiyi açıqlamada işdən azad edilməsinin heç bir qayda-qanuna sığmadığını deyib.

Bahar Rüstəmli
AzNewsa.az