Yola saldığımız 2016-cı il həm də Azərbaycanın mədəni və ictimai həyatında bir çox şəxslərin itkiləri ilə yadda qalıb. Yola saldığımız 2016-cı il həm də Azərbaycanın mədəni və ictimai həyatında bir çox şəxslərin itkiləri ilə yadda qalıb.

2016- cı ildə itirdiyimiz məşhurlar

Yola saldığımız 2016-cı il həm də Azərbaycanın mədəni və ictimai həyatında bir çox şəxslərin itkiləri ilə yadda qalıb.

AzNews.az 2016-da dünyasını dəyişən tanınmış şəxslərin siyahısını təqdim edir:

Geridə qoyduğumuz il 8 yanvar tarixində futbol veteranı Valeri Hacıyev vəfat edib. 75 yaşlı futbol veteranı beyin xərçəngindən əziyyət çəkirdi. O, Bakıda dəfn olunub.

9 yanvar tarixində xalq şairi Zəlimxan Yaqub dünyasını dəyişib. 65 yaşlı şair uzun müddət böyrək çatışmazlığından əziyyət çəkirdi. O, I Fəxri Xiyabanda dəfn olunub.

29 yanvar isə Xalq artisti Musa Mirzəyevin vəfat günüdür. 83 yaşlı bəstəkar mikroinsult keçirərək dünyasını dəyişib. Sənətkar II Fəxri Xiyabanda dəfn olunub.

31 yanvar Milli Məclisin deputatı, akademik Cəlal Əliyev vəfat edib. O, 87 yaşında uzun sürən xəstəlikdən dünyasını dəyişib. Cəlal Əliyev I Fəxri Xiyabanda torpağa tapşırılıb.

15 fevral tənqidçi və publisist Gülrux Əlibəyli vəfat edib. 88 yaşlı Gülrux Əlibəyli Yasamal qəbiristanlığında dəfn edilib.

25 fevral Xalq artisti İlhamə Quliyeva dünyasını dəyişib. 76 yaşlı sənətkar ürək-damar xəstəliyindən əziyyət çəkirdi. İlhamə Quliyeva II Fəxri Xiyabanda dəfn olunub.

4 martda Xalq şairi Söhrab Tahir 90 yaşında vəfat edib. O, şəkər xəstəliyindən əziyyət çəkirdi. Son illərdə xəstəliyi şiddətlənən sənətkarın hər iki ayağı amputasiya edilib. O, II Fəxri Xiyabanda dəfn olunub.

7 mart aktyor-rejissor Arif Qasımov 65 yaşında vəfat edib. Uzun illər ürək-damar xəstəliklərindən əziyyət çəkən Arif Qasımov öd kisəsindən əməliyyat olunub. 7 mart 2016-cı ildə sənətkarın vəziyyəti qəfildən pisləşmiş və komaya düşub. Həkimlərin səyinə baxmayaraq istedadlı aktyoru həyata qaytarmaq mümkin olmayıb.

8 mart 76 yaşlı rejissor Fikrət Əliyevi itirdik. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Rejissor Əmircan qəbristanlığında öğlunun yanında torpağa tapşırılıb.

22 mart Xalq yazıçısı Maqsud İbrahimbəyov 80 yaşında dünyasını dəyişib. Maqsud İbrahimbəyov gecə saatlarında səhhətində qəfildən problem yaranıb və elə oradaca vəfat edib. O, I Fəxri Xiyabanda dəfn olunub.

16 aprel Musiqili Komediya Teatrının aktyoru Məcid Dadaşov vəfat edib. O, xərçəng xəstəliyindən dünyasını dəyişib.

20 aprel Əməkdar mədəniyyət işçisi Fərəh Şəkinskaya 80 yaşında dünyasını dəyişib.

31 avqust Xalq artisti, bəstəkar Oqtay Zülfüqarov 87 yaşında dünyasını dəyişib. Xalq artisti II Fəxri Xiyabanda dəfn olunub.

19 sentyabr rejissor Ələkbər Kazımovski dünyasını dəyişib. O, aktrisa Nahidə Orucovanın 55 illik yubiley tədbirində vəziyyəti qəfil pisləşib və rejissor oradaca dünyasını dəyişib. O, "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

12 oktyabr görkəmli rəqqas, Əməkdar artist Kamil Dadaşov dünyasını dəyişib. 80 yaşlı sənətkar uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkirdi. Vəsiyyətinə uyğun olaraq Zabratda, həyat yoldaşının yanında dəfn olunub.

20 oktyabr Azərbaycanın ilk kukla rəssamı Solmaz Musayeva dünyasını dəyişib. 89 yaşlı rəssam Mərdəkan qəbiristanlığında vəsiyyətinə əsasən atası Qurban Musayevin yanında dəfn olunub.

16 noyabr şair Fikrət Sadıq vəfat edib. Şair 86 yaşında dünyasını dəyişib. O, ağciyər xəstəliyindən əziyyət çəkirdi. Şair Yasamal qəbiristanlığında dəfn olunub.

2 dekabr akademik Nizami Süleymanov 71 yaşında vəfat edib. O, II Fəxri Xiyabanda dəfn edilib.

25 dekabr Xalq artisti Ağaxan Abdullayev vəfat edib. O, iki ilə yaxın idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Sənətkar Türkan kənd qəbiristanlığında dəfn olunub.

25 dekabr tanınmış şair İlyas Tapdıq dünyasını dəyişib. O, 3 ildən yuxarı mədə-bağırsaq xəstəliyindən əziyyət çəkib. Şair Badamdar qəbiristanlığında dəfn olunub.

.

Bahar RÜSTƏMLİ

AzNews.az