Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 190 saylı məktəbə öz imzası ilə xüsusi hədiyyə göndərib. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 190 saylı məktəbə öz imzası ilə xüsusi hədiyyə göndərib.

Kəmaləddin Heydərovdan imzalı hədiyyə

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 190 saylı məktəbə öz imzası ilə xüsusi hədiyyə göndərib.



Nazir xalq arasında "Sona xanımın məktəbi" kimi tanınan təhsil müəssisəsinin müəlliminin müraciətini cavabsız qoymayıb. Təhsil müəssisəsində fövqəladə hallara dair xüsusi guşə yaradılmasına göstəriş verib.

Guşə nazirin imzası ilə məktəbə göndərilən plakatlardan, əyani vəsaitlərdən təşkil edilib. Bundan başqa məktəbdə "Fövqəladə hallar uşaqların gözü ilə" adlı müsabiqə keçirilərək qaliblər mükafatlandırılıb.

Elnarə Əlosmanqızı
AzNews.az