Dövlət Musiqili Teatrının aktyoru, Əməkdar artist Novruz Qartalın 70 yaşı tamam olub. Bəs 70 illik yaradıcılıq yolu keçən aktyor öz yubileyini niyə evində, ailəsi ilə birlikdə keçirmədi? Dövlət Musiqili Teatrının aktyoru, Əməkdar artist Novruz Qartalın 70 yaşı tamam olub. Bəs 70 illik yaradıcılıq yolu keçən aktyor öz yubileyini niyə evində, ailəsi ilə birlikdə keçirmədi?

Evi olmadığı üçün yubileyini kabinetində keçirən 70 yaşlı Əməkdar artist: “Qayğılar, evsizlik, şəraitsizlik...”

Dövlət Musiqili Teatrının aktyoru, Əməkdar artist Novruz Qartalın 70 yaşı tamam olub. Bəs 70 illik yaradıcılıq yolu keçən aktyor öz yubileyini niyə evində, ailəsi ilə birlikdə keçirmədi?

-Novruz müəllim, 70 illik yubileyiniz oldu. Amma bu gözəl günü ailənizlə birlikdə qeyd etməmisiniz?

-Hə, kirayə həyatı imkan vermədi. İki gündür ki, yeni bir kirayə evə köçmüşəm. Evdə heç kəs axtardığını tapmır. Qarma-qarışıq, bilmirəm kimin paltarı hardadır. Ona görə də ad günümü evdə keçirə bilməmişik. Bu üzdən ailəliklə qərar verdik ki, yubiley mərasimini mart ayında qeyd edək. İnsanın özünün evi olar, axtardığını da asan tapar. Sabaha ümidliyəm. Hazırda gözüm yoldadır. Səbirsizliklə mart ayını gözləyirəm. Milli Teatr Günü ilə bağlı sərəncam verilməlidir. İnanıram ki, həmin gün mən öz layiqli qiymətimi alacam. Teatrdan adımı aidiyyatı qurumlara göndəriblər. Qismət olsa...

-70 yaşda Xalq artisti fəxri adı...Elə adamlar var ki, 30 yaşında alıb bu adı...

-Daha neyləyək, buna da min şükür. Verməsələr,neyləyərəm?! Elə şəxslər var ki, heç onu da almayıb. Hətta yubileylərində yada belə düşmürlər. Amma mənə öz kabinetimdə yaxşı bir yubiley keçirdilər. Sağ olsun, teatrın direktoru Əliqismət Lalayev, mənə qarşı çox qayğıkeşdir. Qonaqlar dəvət etmişdi, çalıb, oxuduq və oynadıq. Artıq neçənci ildir ki, ad günümü mərhum xalq artisti Hacıbaba Bağırovsuz keçirirəm. Mənim üçün çox çətindir. Baxıram hər yana, tək qalmışam. Görün ətrafımda kimlər vardı, hamısı gedib. Hacıbaba Bağırov, Lütfiyyə, Ofeliya, Fuad, Elçin, Xanım Qafarova, daha kimləri yola salmadım.

-Deyirsiniz ki, yubileyiniz teatrın direktoru Əliqismət Lalayevin kabinetində keçirilib. 70 illik yubliyara teatrın səhnəsinin verilməməsinin səbəbi nədir?

-Nə bilim, mənim həmişə ad günüm martın 20-si qeyd edilib. Yubileyimi isə aprelin 24-də qeyd etmişəm. Baxmayaraq ki, 70 yaşım oldu, amma mən özümü çox gümrah, cavan hiss edirəm. Hələ ki cavanam. Əhvalım da ki, yerində. Repertuarda olan bütün tamaşalarda oynayıram. Gündəmdə olan bir aktyoram, gənclərlə iş birliyim var. Onların əhatəsində özümü çox gənc hiss edirəm. Allah mənə necə bir ömür yazıbsa, onu da yaşayıram.

-65 və 70 yaşı olan sənətkarları, Xalq artistlərini teatrdan, səhnədən uzaqlaşdırırlar. Sizə qarşı münasibət necədir?

-Hələ ki, mənə toxunmurlar. Teatrın direktoru Əliqismət Lalayev deyir ki, “Novruz Qartal buradan getsə, teatr uduzar. Çünki teatra lazımdır.” Nazir müavini Ədalət Vəliyev də mənə uğurlar arzuladı. Hələ ki, yaddaşım yerindədir, səhnədə də çevikəm. Heç cavanlar da mənimlə ayaqlaşa bilmir. Bu da Allahın mənə verdiyi nemətdir. Etiraf edim ki, mənim üçün səhnədən ayrılmaq çətin olar. Çünki məni yaşadan teatrdır. Biz Naxçıvana, mərhum Prezident Heydər Əliyevin görüşünə gedəndə o, konsertdən sonra bizimlə görüşdü və belə bir söz işlətdi: “Aktyoru teatrdan çıxartmaq olmaz. Aktyoru teatrdan çıxartsalar bir aydan sonra ürəyi partlayıb öləcək. Onun başqa sənəti, peşəsi yoxdur. Aktyorun canı səhnədə çıxmalıdır.” Həqiqətən də belədir. Aktyor teatrdan çıxarılan kimi xəstəlik tapır.

-Yəqin ki, yubileylə əlaqədar sizə çoxlu hədiyyələr verilib. Ömrü kirayələrdə keçən bir aktyora 70 yaşında ev bağışlasalar, nə edər?

-Allahın əlində olan işdir, ilk növbədə, dövlətdən gözləyirəm. Yəqin ki, verərlər. Bu yaşa kimi ömrüm kirayələrdə, onun-bunun evində keçdi. Heç bilmədim ki, ömrüm necə keçdi. Qayğılar, evsizlik, şəraitsizlik... Bir də baxdım 70 yaşındayam. Qismətim belə yazılıbmış. Yazılana pozu yoxdur.

-Sirr deyilsə, bu günə kimi neçə kirayə ev dəyişmisiniz?

-Saymaqla qurtarmaz.. Dəyişmişəm, o evdən bu evə, bu evdən o evə. Amma evlərdən ancaq şəraitinə görə çıxmışam. Baxmışam ki, orada yaşamaq çətindi, problemləri var. Mən aktyoram, günüm səhnədə keçir. Evdə nəsə bir problem çıxanda məcbursan ki, onu həll edəsən. Axı səhnə, məşq də buna imkan vermir. Düşünmüşəm ki, yeganə yol evdən çıxmaqdır.

-Məvacibiniz kirayə həyatını qaşılaya bilir?

-Prezident mənə mükafat verib. Prezident Mükafatı, yəni ayda 500 manat alıram. Həmin pulu da kirayə haqqı verirəm. Belə götürəndə, hər çıxdığım evdə bir xatirəm var. Əsas odur ki, dost-tanışım, məni istəyənlər çoxdur. Kirayə evlərdən çıxsam da həmin insanlarla münasibətim davam edir. Olub ki, kirayə pulunu ödəyə bilməmişəm, yubatmışam. Ev sahibi bunu bilib, amma məni çıxartmayıb, hörmət edib. İki nəvəm var, qızımı evləndirmişəm, oğlum da hələ ki, subay gəzir. Qızımın özünün evi var. Oğlum isə mənimlə yaşayır.

Bahar RÜSTƏMLİ

AzNews.az