- Köhnə - Mədəniyyət
- 8 May 2017 17:38
- 8 365
“Qızlarım deyir lotuluq eləmə” - Xalq artisti
“Evimdə ən qədim həyat yoldaşımdır”
AzNews.az xəbər verir ki, ARB TV-nin "Evgördü" verilişinin qonağı olan xalq artisti Ramiz Əzizbəyli maraqlı açıqlamalar verib.
O, ilk olaraq evinə köçməsindən və həyat yoldaşı ilə tanışlığından bəhs edib:
"1996-cı ildə bu evə köçdüm. 4 il buranın təmiri ilə məşğul oldum. Vaxtım yox idi. Bura köçəndə bəzi adamların ağzı açıq qalmışdı. Amma indi yeni binalar, evlər tikilir. Yoldaşımla qonşu olmuşuq. Uşaqlıqda məni görüb, bəyənib. Universitetdə birlikdə təhsil almışıq".
Daha sonra diplomlarını və fəxri fərmanlarını niyə göz önünə qoymamasının səbəbini açıqlayıb:
"Sevmirəm elə şeyi ortada. Gizlətmişəm hamısını. Qızlarım qoymur həm də. Qızlarım deyir ki, ata, lotuluq eləmə. Mən qoca fikrliyəm. Evimdə ən qədim bu qadındır (red: həyat yoldaşı) əşya dəyişməyi sevmirəm".