Azərbaycanda aktyor yoxa çıxdı

ADO Teatrının aktyoru Sahib Kərimov yoxa çıxıb.

Bu barədə AzNews.az-a teatrın bədii rəhbəri Elmin Bədələv bildirib. Onun sözlərinə görə, ADO-nun kollektivi bir neçə gündür ki, Sahib Kərimovdan heç bir xəbər ala bilmir:

“Onun axtarışları ilə bağlı kollektivimiz müxtəlif addımlar atsa da, heç bir nəticə olmayıb. Onun harada olması məlum deyil. Sahib Kərimovun telefon nömrəsinə də zəng çatmır. ADO kollektivi S.Kərimovun yoxa çıxmasından narahatdır”.

Bahar RÜSTƏMLİ

AzNews.az