- Köhnə - Mədəniyyət
- 24 İyul 2017 23:52
- 8 133
Musiqiçi zirzəmidən milyonluq rəsm tapdı - Foto

Amerikalı rok-musiqiçi Elis Kuper evinin zirzəmisindən Endi Uorholun "Kiçik elektrik stulu" adlı tablosunu tapıb.
AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, qırmızı-qara tonlarda çəkilmiş bu rəsm əsərinin qiyməti 1 milyon dollar dəyərindədir.
Bu rəsm əsəri ABŞ-a aid olan nüvə silahı haqqında məlumatları SSRİ-yə çatdırmaqla ittiham edilən və elektrik stulu ilə edam edilən kommunistlər Yulius və Etel Rozenberqə həsr olunub. Bu rəsm əsəri Uorholun "ölüm və qəza" adlı silsiləsinə aiddir.
Kuper və Uorhol 1972-ci ildə Nyu-Yorkda dostlaşıb. Rok-musiqiçinin sevgilisi Sindi Lanqın təkidi ilə Kuper bu rəsmi 2500 dollara alıb.