Bu saatlarda Xalq artisti Ramiz Əzizbəyli Türkiyəyə yola salınır. Bu saatlarda Xalq artisti Ramiz Əzizbəyli Türkiyəyə yola salınır.

Ramiz Əzizbəyli yola salınır: “Gedirəm...”

Bu saatlarda Xalq artisti Ramiz Əzizbəyli Türkiyəyə yola salınır.

Bu barədə AzNews.az-a rejissorun özü deyib. Onun sözlərinə görə, müalicə və müayinəsi Türkiyədə aparılacaq:

“Uzun müddətdir ki, səhhətimdə problem var. Müalicə ölkədən kənarda mümkün idi. Maliyyə vəziyyətimlə əlaqədar gedə bilmirdim. Şükürlər olsun ki, Allah yol açdı. Gedirəm, inanıram ki, Bakıya yaxşı əhval-ruhiyyədə qayıdacam, sağlıqla qalın”.

Aktyor qeyd edib ki, Azərbaycana 3 aydan sonra qayıdacaq.

Xalq artisti Ramiz Əzizbəyli uzun zamandır ki, iflic xəstəliyindən əziyyət çəkir. Beynində problem var.

Bahar RÜSTƏMLİ

AzNews.az