“Türk xalqlarının teatrı” layihəsi reallaşır

Türkiyənin Eksanat Teatrının bir qurub aktyoru Bakıda səfərdədir. Bu barədə AzNews.az-a Bakı Uşaq Teatrının direktoru İntiqam Soltan məlumat verib.

Direktorun fikrincə, bu səfərdə məqsəd "Türk xalqlarının teatrı" layihəsində iştirak etməkdir. İki ölkənin aktyorlarının iştirak etdiyi "Sıravi Dursun" tamaşasının quruluşçu rejissoru İntiqam Soltandır. Tamaşa iki gün, fevral ayının 18-19-da H.Sarabski adına Mədəniyyət evində oynanılacaq.

Bahar Rüstəmli
AzNews.az