Şakira son albomu ilə eyni adı daşıyan ( El Dorado) dünya turu çərçivəsində İstanbulda konsert verəcək. Şakira son albomu ilə eyni adı daşıyan ( El Dorado) dünya turu çərçivəsində İstanbulda konsert verəcək.

Şakiranın türklərdən qeyri-adi tələbləri

Şakira son albomu ilə eyni adı daşıyan ( El Dorado) dünya turu çərçivəsində İstanbulda konsert verəcək.

“Qafqazinfo” xəbər verir ki o, 5 yaşlı oğlu Milan və 3 yaşlı oğlu Saşa ilə Türkiyəyə gələcək.

11 iyulda türk pərəstişkarları ilə görüşən sənətçinin təşkilatçılardan istəyi hər kəsi təəcübləndirib. Şakira otağında kəsilmiş qarpız, tumsuz üzüm, ananas, banan, mango, avakado və almanın olmağını tələb edir.

Həmçinin çiy brokoli, kök, cəfəri, Antep fıstığı, qoz və noxud püresi istəyib. O, oğlanları üçün çiyələk, portağal və dəniz duzundan hazırlanmış şokolad tələb edib.

Şakira gümüş çəngəl-bıçaq dəstində yemək yeyəcəyini, su, soda, yaşıl tərəvəz suyu, qəhvə içəcəyini söyləyib.

Geyim və qalacağı otel otağının ağ mebel və xalçalarla bəzəldilməsini istəyib.

AzNews.az