Artıq sentyabr ayının 10-dan ölkəmizdə Məhərrəm ayı başlayıb. Sentyabrın 20-də isə Aşura mərasimi keçiriləcək. Artıq sentyabr ayının 10-dan ölkəmizdə Məhərrəm ayı başlayıb. Sentyabrın 20-də isə Aşura mərasimi keçiriləcək.

İzzət Bağırov Aşurada plastmas zəncir vururmuş - Şok etiraf

Artıq sentyabr ayının 10-dan ölkəmizdə Məhərrəm ayı başlayıb. Sentyabrın 20-də isə Aşura mərasimi keçiriləcək.

AzNews.az xəbər verir ki, ötən il Aşura mərasimini İraqda keçirən müğənni İzzət Bağırov bildirib ki, bu il Məhərrəmlikdə Azərbaycanda olacaq və məscidə zəncir vurmağa getməyəcək.

“Toyda, şənlikdə iştirak etməyəcəm. Bu ay ancaq Bakıda olacağam. Bundan əvvəl bir neçə il ardıcıl Məşəddə, Kərbalada olmuşam. Ötən il İraqda olanda zəncir vurmağım birmənalı qarşılanmadı. İnsanlar bilmədi ki, vurduğum dəmir zəncir deyildi. Plastmas zəncirdən istifadə etmişdim. Bu da sünidir, insana zərər verməz.”

Müğənni insanları Aşurada qan çıxarmağa deyil, qan vermə aksiyalarına qoşulmağa səsləyib: “Bakıda zəncirlə qan çıxaran insanlara qoşulmamışam və etmərəm də. Qafqaz Müsəlmanları İdarəsinin və ilahiyatçıların bununla bağlı fətvası var. Qan çıxarmaq olmaz. Buna görə də hər il qanvermə aksiyalarında iştirak edirəm.”

AzNews.az