Aktyor, rejissor Ədalət Ziyadxanov bir neçə gün əvvəl 72 yaşında vəfat edib. Aktyor, rejissor Ədalət Ziyadxanov bir neçə gün əvvəl 72 yaşında vəfat edib.

Bir gün yenidən salamlaşacağıq, Ziyadxanov... - Anım

Aktyor, rejissor Ədalət Ziyadxanov bir neçə gün əvvəl 72 yaşında vəfat edib.

AzNews.az Rahil Sadayoğlunun onun xatirəsinə həsr etdiyi “Bir gün yenidən salamlaşacağıq, Ziyadxanov” yazısını təqdim edir.

***

“Ədalət Ziyadxanov” - özünü belə təqdim eləmişdi ilk dəfə. 2006-cı il. Bir teatr rejissoru idi qarşımızda dayanan bu insan...

Amma biz kimə rast gəldiyimizi zaman keçdikcə anladıq. Mənən azad bir yaradıcılıq düşkünü, tənhalıqdan özünə xoşbəxtlik yarada bilmiş və sanki həyata hansısa ədəbi əsərin içindən qaçıb gəlmiş bir obraza rast gəlmişdik əslində..

Bizimki tələbəlik olmadı. Biz dünyanın ən uzun xronometrajlı filminə baxdıq. Tam 4 il...

Bəli, film kimi idi hər şey. Rejissoru da özü idi, aktyoru da. Çəkdi öz həyatını çəkə bildiyi qədər. Gözümüzün qarşısında. 5 il əvvəl 4 nömrəli xəstəxananın 3-cü mərtəbəsində onunla görüşəndə o, yaddaşını itirmiş vəziyyətdə gülümsəyirdi bizə. Dərslərin birində “aktyor səhnədə ağlarsa, tamaşaçı gülər. Əsl ustalıq ondadır ki, aktyor gülsün, tamaşaçı ağlasın. Dahilik budur” demişdi...

Bəli, dahinin qarşısındaydıq. O, uşaq kimi gülürdü, biz isə ağlayırdıq. Filmin son səhnəsi idi bu...

"Allah insanın ağlını əlindən almasın" deyirdi. Ən çox qorxduğu şey də başına gəldi. Ömrünün son 6 ilini ağlı başından çıxmış halda "yaşadı".

Biz sadəcə bir müəllim və ya rejissor itirmədik. Biz həm də canlı bir kitabxana itirdik. Sözlə dolu bir ürək itirdik. Elə bir obraz itirdik ki, o, Dostoevskinin Raskolnikovu kimi əzabkeş, Hüqonun Jan Valjanı kimi müdrik, Cəfər Cabbarlının Aydını, Oqtayı kimi üsyankar və çarəsiz idi.

Sonluq ədalətsiz oldu. Səninlə sağollaşa bilmədik, Ziyadxanov.

Amma bir gün mütləq yenidən salamlaşacağıq.

AzNews.az

image description image description image description