İmişli rayonunun Qızılkənd inzibati ərazi vahidində yerləşən Qızıltəpə ərazisində qədim qala qalıqları taplılıb. İmişli rayonunun Qızılkənd inzibati ərazi vahidində yerləşən Qızıltəpə ərazisində qədim qala qalıqları taplılıb.

İmişlidə qədim qala tapıldı

İmişli rayonunun Qızılkənd inzibati ərazi vahidində yerləşən Qızıltəpə ərazisində qədim qala qalıqları taplılıb.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun İmişli arxeoloji ekspedisiyasının rəhbəri Mikayil Mustafayevin rəhbərliyi ilə ərazidə arxeoloji qazıntılar aparılıb. Tədqiqatlar zamanı qala tipli istehkam tikilisinin qalıqları və orta əsrlərə aid bir çox maddi-mədəniyyət nümunələri aşkar edilib.

Qazıntılar nəticəsində Qızıltəpənin müdafiə xarakterli və ciddi qorunan bir qala olduğu aydınlaşıb. İki hissədən ibarət olan Qızıltəpə 5 hektardan çox ərazini əhatə edir. 25 metrə yaxın hündürlüyü olan tarixi abidədən ətrafı çox yaxşı müşahidə etmək olur. Müşahidələr zamanı perpendikulyar yerləşmiş qalanın təqribi konturları müəyyənləşib, hündürlüyün ətrafında qala divarlarının qalıqlarına rast gəlinib. (qafqazinfo)

AzNews.az