- Köhnə - Mədəniyyət
- 25 Aprel 2013 13:41
- 10 043
Baba Vəziroğlu: “Mən hara, Hüseyn Abdullayev hara?” - Video
Azərbaycanda hitə çevrilmiş Bəstəkar Hüseyn Abdullayevin bəstəsi olan, Röyanın ifa etdiyi “Sənə görə” mahnısı yenidən gündəmə gəlib
Buna səbəb daha bir "Sənə görə" adlı mahnının peyda olmasıdır. İndi iddia edirlər ki, ikinci "Sənə görə" mahnısı plagyatdır.
Mahnının sözlərinin müəllifi, nəğməkar şair Baba Vəziroğlu isə bu iddialarla razılaşmır. O, AzNews.az-a açıqlamasında bildirdi ki, o, "Sənə görə" adlı mahnını Hüseyn Abdullayevin mahnısından əvvəl yazılıb: "Mən bunu 15 il əvvəl yazmışam. O vaxt bu mahnını Günel adlı bir cavan qız oxudu. Günel Muğam Teatrının solisti idi. Amma nədənsə mahnı onun ifasında uğursuz alındı. Baxdıq ki, Günel mahnını pis oxuyub, qatladıq qoyduq kənara. Elə bu günlərdə müğənni Afaq Aslan mahnı istədi. Dedim ki, götür "Sənə görə"ni oxu. Demək olar ki, yeni mahnıdır. Mən heç kəsi təkrarlamıram, hər şeyi hamıdan əvvəl edirəm. Hüseyin Abdullayev isə Royanın ifa etdiyi "Sənə görə" adlı mahnısını məndən çox-çox sonralar yazıb. Bizim mahnılar arasında əlbəttə ki, oxşarlıq ola bilməz. Baba Vəziroğlunun yazdığı mahnı hara, kiminsə yazdığı mahnı hara?"
Qeyd edək ki, müğənni Afaq Aslanın ifasında səslənən "Sənə görə" adlı mahnının bəstəkarı Kamaldır.
Bahar Rüstəmli
AzNews.az