- Köhnə - Mədəniyyət
- 13 May 2013 07:25
- 1 625
“Eurovision 2013”ün rəsmi açılış mərasimi oldu - Foto
AzNews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə , açılış mərasimi Malmö Operada baş tutub. Builki müsabiqə təmsilçiləri və nümayəndə heyətlərinin hər biri elan olunub.
Açılış mərasimində ötənilki müsabiqənin qalibi Loreen də iştirak edib. Loreen 39 ölkə təmsilçisini İsveçdə salamlayıb və hər birinə uğurlar diləyərək, layiqli iştirakçının qalib olmasını diləyib.
Daha sonra mərasim "EuroClub"da davam etdirilib. Təmsilçilər bu məkanda öz ifalarını təqdim ediblər.
AzNews.az