Opera və Balet Teatrı Avropaya gedir

Opera və Balet Teatrı Avropaya gedir. Teatr nüfuzlu musiqi tədbirlərdən biri olan Qut-İmmlinq opera sənəti festivalının (Almaniya) baş direktoru Lüdviq Baumandan dəvət alıb.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə teatrın simfonik orkestri bu festivalda altıncı dəfə iştirak edəcək. Festival avqustun 7-dən 12-dək davam edəcək.

Azərbaycandan gedəcək 60 nəfərlik heyət avqustun 11-də festivalın "Grand final" adlanan qala-konsertinə qatılacaq. Konsertdə Qərbi Avropa bəstəkarlarının əsərləri ilə yanaşı, həm də Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev və Fikrət Əmirovun əsərləri səslənəcək. Ənənəvi olaraq hər il yay aylarında keçirilən Qut-İmmlinq opera festivalında bu il 36 ölkədən dəvət olunmuş vokal sənəti ulduzları, dirijor və rejissorlar iştirak edəcək.

Bahar Rüstəmli
AzNews.az