Dünya Gənc Türk Yazarlar Birliyinə yeni sədr seçildi

Atatürk Mərkəzində Dünya Gənc Türk Yazarlar Birliyinin toplantısı keçirilib.


APA-nın məlumatına görə, Dünya Gənc Türk Yazarlar Birliyinin təsisçilər şurasının başqanı Əkbər Qoşalı APA-ya bildirib ki, toplantıda gənc dramaturq Rəvan Tohidoğlu birliyin sədri seçilib: "Rəvan Londonda təhsil alıb, dram əsərləri Azərbaycan və Dağıstan teatrlarında oynanılıb. Bir müddət əvvəl Mahnı Teatrında türk dünyasından olan gənc yazarlarla görüş keçirmişdik. Həmin görüşdə idarə heyətinin üzvləri müəyyənləşdi, dünən isə birliyin sədri seçildi".

Əkbər Qoşalı əlavə edib ki, qarşıdakı aylarda birlik üzvlərinin bir sıra türk dövlətlərində, o cümlədən Krımda, Qırğızıstanda görüşləri, tədbirləri görüşləri keçiriləcək: "Bundan başqa, "Türk dünyasında ədəbiyyat, ədəbiyyatda türk dünyası" və təşkilatın 15 illik fəaliyyətini əks etdirən kitablar nəşr olunacaq".

AzNews.az