“Polkovnikin xəzinəsi” kinolaşdırılır



Xalq artisti Ağaxan Salmanlı yeni filmə çəkilir.

Bu barədə AzNews.az-a o, özü məlumat verib. A.Salmanlı deyib ki, o, "Polkovnikin xəzinəsi" adlı filmdə şair Süleyman roluna dəvət alıb. Filmin rejissoru Fikrət Əliyev, ssenari müəllifi isə İlqar Fəhmidir.

Aktyor həmçinin, Mingəçevir Teatrında tamaşa hazırlayacaq: "Müəllifi özüm olduğum "İgidlik sınağı" tamaşasını hazırlayıram. Həmçinin, Rayon teatrlarının bir-ikisindən tamaşalara quruluş verməyə dəvətliyəm. Lakin, o da müəyyən prosedurlardan keçməlidir".

Bahar Rüstəmli
AzNews.az