“Sirlər xəzinəsi” özbək dilinə tərcümə edildi


Nizami Gəncəvinin "Sirlər xəzinəsi" əsəri özbək dilinə tərcümə edilib. Əsər Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşəbbüsü və maliyyə dəstəyi ilə ərsəyə gəlib.

Mədəniyyət və Turizm Nazirliyindən AzNews.az-a verilən məlumata görə, əsər Olimcan Buriyev tərəfindən özbək dilinə tərcümə olunub.

Kitab Daşkənddəki Əlişir Nəvai adına Ədəbiyyat Muzeyində çapa hazırlanır. Qeyd edək ki, kitabın Özbəkistanın böyük kitabxanalarına, ali məktəb kitabxanalarına, elmi tədqiqat institutlarının kitabxanalarına, habelə Nizami irsi ilə maraqlanan ədəbiyyatşünaslara hədiyyə edilməsi planlaşdırılır.

Bahar
AzNews.az