İdeolojiyə qarşı ideoloji

İdeoloji dediyimiz bir dəyərləndirmə var. İçində bir qrupa məxsus olan şəkillənməni əks etdirər. "İdeolojiyə qarşı ideya"lar istehsal edir zaman və tarix. Bu zaman və tarixlər içində ideoloji savaşda heç görünmədik.
Son savaşımız qızılbaş olaraq bitdi. Sonra ağlımız təfəkkürsüz qaldı.

Ağıl hər kəsə verilən nemətdir. Təfəkkürü isə insan calalamadan qazana bilmir. Təfəkkür etmədən ideoloji yaranmaz. Təfəkkürün son dayanacağı yaradanını tanımaqdır. Onu tanımasa, yaradan olduğunu sanar. Və bitər.

Yaşamaq uğrunda savaş var idi, kapitalizm idi adı. Bu da keçdi. Artıq qazanılan pulları qorumaqdan ötrü ideallara ehtiyac var. Kim daha güclü ideallara sahib olacaqsa, qazanmaq şansı artacaq düşüncəsi işləyir zamanımızda.

Din ideolojiyə dönür. Bəlkə də dünənə qədər bir cəhalət meydanı sayılan din ideolojinin ana təməlinə qaynaq olur. Əsas təhlükə də məncə burdan başlayır.

"Quran" bizə təfəkkür et deyir. Ağlın və nəfsin əxlaqdan xəbəri olmasa, düşüncəyə ehtiyacı olmaz. Yaşayar özü bildiyi kimi.

Heyvanlar aləmində yaşamaq uğrunda mübarizə bu müstəvidədir. Bir tülküyə "sən niyə hiyləgərsən" deyilməz. Bu, tülkünün xislətidir.

Dəyişməz. Bir insana isə bu sualı versək, yaşam şərtlərini önə çəkəcək və bəraət axtaracaq. Demək ki, yaşam şərtləri olmazsa, İnsan heyvanı yaşamı seçməz.

Din seçilirmi?

Bir yaponu körpəlikdən İslam ailəsində böyüyürsə, bu uşaq böyüdükdən sonra mən sintoya ibadət edirəm deyərmi?

İnsan bilmədiyinin düşmənidir. Xristianlaşan dünya min illərdir islamı düşmən olaraq gördü. İslamı düşüncədə isə düşmən nə xristian, nə də qeyrisi idi. Düşmən nəfsdir. Nəfsini bilməyən insan iman sahibi ola bilməz.

İdeoloji nəfslərin savaşında idarə etmək, yiyələnmək, sahiblənmək istəyindən doğar.

AzNews.az