“Üzeyir Musiqi Günü“ təntənə ilə qeyd olunacaq


18 sentyabr "Üzeyir Musiqi Günü"dür. "Üzeyir Musiqi Günü" münasibətilə respublikamızda bir çox konsert, tədbir, sərgi təşkil olunacaq.

Fəxri Xiyabandan başlayacaq tədbirdə dahi musiqi ustadının, habelə görkəmli mədəniyyət və incəsənət xadimlərinin məzarı ziyarət olunacaq.

Bundan sonra tədbir iştirakçıları Milli İncəsənət Muzeyinin bağında yerləşən "Güllələnmiş heykəllər" abidəsinin ətrafında toplaşacaq.

Saat 11.00-da isə Musiqi Akademiyasının qarşısında konsert proqramı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, sözügedən konsertdə Dövlət Xor Kapellası, Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestri çıxış edəcək.

Bahar Rüstəmli
AzNews.az