Gürcü rejissorunun ATV-dəki “Həyat çiçəyi”

Bu axşam ATV telekanalında yeni serialın yayımı başlayacaq. "Həyat çiçəyi" adlı yeni teleserial "Ultra Prodakşn"ının istehsalıdır.


AzNews.az-a açıqlamasında Əməkdar artist Xalidə Quliyeva "Həyat çiçəyi"nin 40 seriadan ibarət olduğunu bildirib: "Serialda çox tanınmış aktyorlar rol alıb. Onlardan Xalq artisti Fuad Poladov, Rasim Balayev, Ərşad Məmmədov, Əbdülqəni, Mehriban Zəki və başqalarının adını çəkmək olar. Çox gözəl və peşəkar bir kollektiv var. Bizi bu serialda əsasən yaradıcılıq işləri maraqlandırır. Serial dövlət sifarişidir. "Həyat çiçəyi" adından məlum olduğu kimi, həyati bir filmdir".

Qeyd edək ki, "Həyat çiçəyi" serialı gürcü rejissoru İrakli Apakidze tərəfindən ekranlaşdırılacaq.

Bahar Rüstəmli
AzNews.az