Azərbaycanlı müğənni “TRT Haber“in qonağı oldu

"TRT Haber" kanalının qonağı olan Gülyanaq Məmmədova Azərbaycan mədəniyyətini və sənətini bir daha bütün Türkiyəyə tanıdıb.

TRT-nin Bakı təmsilçiliyindən verilən məlumata görə, Azərbaycan sənətçisinin canlı ifası dinləyiciləri ovsunlayıb.

"TRT Haber" kanalında yayımlanan "Haber Tadında" proqramında Azərbaycanın tanınmış sənətçilərindən Gülyanaq Məmmədova İnci Ertuğrulun suallarını cavablandırıb.

20 dəqiqə davam edən proqramda mədəniyyət, musiqi və bir çox məqamlara toxunulub.

Gülyanaq Məmmədovanın canlı ifası proqramın aparıcısı İnci Ertuğrul və tamaşaçıları heyran etdi. Azərbaycan sənətçisi iki muğam və bir türkü səsləndirib.

AzNews.az