- Köhnə - Mədəniyyət
- 5 Dekabr 2013 20:08
- 2 946
Səfirlikdə rəssamların «Əks» sərgisi açıldı
Fransanın Azərbaycandakı səfiri Paskal Mönye sərginin keçirilməyinin məqsədi, qarşılıqlı mədəni əlaqələrin əhəmiyyətindən danışıb: "Fransa səfirliyi Bakıda yaşayan rəssamların "Əks" adlı bu sərgisini öz iqamətgahında keçirməkdən məmnundur. Bu tədbiri səfirliyin bütün komandası maraqla hazırlayaraq, həm də belə paylaşmanın intuisiyasının keyfiyyətini dərk etdi".
Səfir qeyd edib ki, sərgidə iranlı, britaniyalı, şotlandiyalı rəssamların əsərləri nümayiş olunur: "Ümid edirəm ki, sizin ixtiyarınıza verilən əsərlər ürəyinizcə olacaq. Rəssamlıq elə sahədir ki, orda tərcüməçiyə, kiminsə izahına ehtiyac yoxdur. Əsərləri nümayiş olunan rəssamlarla əməkdaşlıqdan biz çox məmnunuq və ümid edirəm, bu gələcəkdə də davam edəcək".
Sərgidə Roşanak Ustadın, Həbib Sahirin, Fərid Məmmədzadə və Fəridə Məmmədzadənin, Hayas Hüseynin və başqalarının əsərləri nümayiş olunub.
AzNews.az