Arda Turan Avropa kuboku yarışlarının yarımfinalına yüksələn 5-ci türk məşqçisi oldu

Arda Turanın baş məşqçisi olduğu Şaxtyor Donetsk UEFA Konfrans Liqasının 1/4 finalında AZ Alkmaarı məğlub edərək yarımfinala yüksəlib. Ukrayna təmsilçisi yarımfinalda Crystal Palace ilə qarşılaşacaq.

39 yaşlı türk mütəxəssis bununla UEFA turnirlərində çalışdırdığı komandanı yarımfinala çıxaran 5-ci türk məşqçi olub və eyni zamanda xarici klubla bu mərhələyə yüksələn ilk türk baş məşqçi kimi tarixə düşüb. Əgər komandası finala çıxıb kuboku qazansa, Arda Turan UEFA turnirində xarici komanda ilə kubok qazanan ilk türk məşqçi olacaq.

O, həmçinin son 13 mövsümdə UEFA klub turnirlərində yarımfinala yüksələn yeganə türk məşqçidir.

UEFA turnirlərində türk klubları ilə yarımfinal görən digər məşqçilər: Aykut Kocaman, Fatih Terim, Mustafa Denizli və Adnan Süvari.

Mövsüm,

AzNews.az