Azərbaycanın U-19 millisi seçmə mərhələdə ardıcıl üçüncü məğlubiyyətini alıb

19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində üçüncü məğlubiyyətini alıb.

Aznews.az xəbər verir ki, Həbib Ağayevin baş məşqçisi olduğu kollektiv Gürcüstan yığmasına uduzub.

Xorvatiyanın Luçko şəhərində təşkil olunan görüş rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan millisinin qolunu 5-ci dəqiqədə penaltidən Xanım Əsədova vurub. 90+3-cü dəqiqədə Aysu Əsədova qırmızı vərəqə alaraq meydanda qovulub.

Xatırladaq ki, U-19 daha əvvəl Xorvatiyaya 0:6, Çexiyaya 0:9 hesabı ilə uduzub.