Magyar 9 mayda Macarıstanın Baş naziri vəzifəsini icra etmək istəyir

Macarıstan parlament seçkilərində qalib gələn Tisza partiyasının lideri Peter Magyar 9 may və ya ertəsi gün Kossuth Lajos meydanında genişmiqyaslı milli tədbirdə andiçmə mərasimini keçirməyi planlaşdırır.

Bu barədə Index portalı məlumat verib.

“Biz tədbiri həftəsonu, şənbə və ya bazar günü, 9 və ya 10 may tarixlərində keçirməyi təklif etdik”, - deyə Magyar bildirib.

Dəqiq tarix daha sonra açıqlanacaq. Magyar mümkün qədər çox insanın meydana qatılması üçün şənliyin həftəsonu keçirilməsini təklif edib.

Mövsüm,

AzNews.az