- Paytaxt
- 11:49
- 2 003
Ceyhun Bayramov portuqaliyalı həmkarı ilə görüşdü
Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov Portuqaliya Respublikasının Dövlət və Xarici İşlər Naziri Paulo Rangel ilə görüş keçirib.
Aznews.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat verilib.
Nazirlər ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, siyasi dialoqun genişləndirilməsi, iqtisadi, ticarət və enerji sektorlarında əməkdaşlığın gücləndirilməsi, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət perspektivlərini müzakirə ediblər.
Portuqaliyanın Azərbaycanda səfirliyinin açılması ilə əməkdaşlığı daha da gücləndirmək imkanları da araşdırılıb.