- Köhnə - Mədəniyyət
- 16 Avqust 2012 10:41
- 6 507
Mehriban Ələkbərzadə: “Hələ “Şükriyyə” doğulur” -Eksklüziv
Tanınmış rejissor Mehriban Ələkbərzadə yeni layihə üzərində çalışır. Əhməd Cavadın ömür-gün yoldaşı Şükriyyə xanımın keçdiyi əzablı həyat yoluna həsr olunmuş bu layihə barədə düşüncələrini Mehriban Ələkbərzadə AzNews.az-a danışdı: "İlk baxışdan mövzu bəlkə də bəsit görünə bilər. Ancaq mənim nəzərimdə bu, ən böyük dəyərə layiq insan haqqındadır. Böyük dəyər verdiyim, milli qürurumuz saydığım şəxsiyyət – İNSAN haqqında və zamanın ən şərəfsiz, ən çirkin metodları ilə ruhi və fiziki qətliamından keçirdiyi 37-ci ildən bəhs edir".
Rejissorun sözlərinə görə, layihənin hələ nə adı bəllidir, nə də gələcəyi: "İşin başlanğıc mərhələsindəyəm. Ssenari üzərində işləyirəm. Obrazlı desəm, hələ Şükriyyə özü "doğulur". Ekran versiyasına gəlincə, bunu tarixi-psixoloji dram janrında tammetrajlı bədii film olaraq düşünürəm. Amma bunu gerçəkləşdirmək zamanıma dair heç bir fikrim yoxdur. Hətta belə bir imkanımın olub-olmayacağı da şübhə altındadır. Hələlik sadəcə bu istəklə
yaşayıram".
Sevda Babayeva
AzNews.az