Yeni nəşr olunan kitabların SİYAHISI

"Qanun" Nəşrlər evi yeni nəşr etmiş kitablarının adlarını açıqlayıb və onlar haqqında qısa məlumatlar verib. AzNews.az həmin məlumatı təqdim edir:

Transilvaniya səfəri – Çingiz Abdullayev (5 AZN)

Cinayət məsələləri üzrə dünyaca məşhur ekspert Dronqo Rumıniyaya beynəlxalq konfransa gəlir. Artıq ikinci gün öyrənir ki, sammitin bir neçə iştirakçısına təhlükədən bəhs edən məktub göndərilib. Naməlum şəxs onları bilinməyən təhlükə barədə xəbərdar edir və üstəlik işarə vurur ki, bu təhlükə qraf Drakulanın ruhu ilə əlaqəlidir. Demək olar ki, hamı və Dronqonun özü də güman edir ki, bu, sadəcə, axmaq bir oyundur. Lakin forumun iki qonağı həlak olanda ekspert fikrini dəyişir və məsələ ilə ciddi şəkildə məşğul olmağa başlayır...


Əclafların kredosu – Çingiz Abdullayev(5 AZN)

Altı rus mafiozu Amerikaya yollanır, onlardan heç biri bilmir ki, aralarında FTX-nın agenti var. Təkcə müəmmalı şantajçıdan başqa. O bu altı nəfərin soyadını ABŞ xüsusi xidmət orqanlarına açıqlamayacağına görə külli miqdarda pul tələb edir. Bəs, bu müəmmalı adam kimdir? Agent Dronqo, sonu ölümlə üzləşə biləcək təhlükəli tədqiqata başlayır və tezliklə başa düşür ki, dedektivdən şübhəli şəxsə çevrilir. Çünki mafiyanın adamlarından biri özəl tədqiqata başlayır və şəxsi nəticələr əldə edir. bu zaman əclafların qanı təhlükəli sürətlə onları təqib edənlərin qanı ilə qarışır...

Şübhəsiz metamorfoz – Çingiz Abdullayev (5AZN)

Yeganə ümidi varlanmaq olan kasıb rəssam – YOLDA PUL TAPMAQ. Gülməlidir? HEÇ DƏ GÜLMƏLİ DEYİL! Ona görə ki, pullar – HƏDSİZ MƏBLƏĞDƏ DOLLARLA DOLU İDMAN ÇANTASI – həqiqətən tapılır. Uğur? Yox… Əldə edilmiş pulları dərhal xərcləməyə dəyməz. "Klassik yeni ruslar" tərzində əylənməyə dəyməz. Pulların HƏMİŞƏ sahibi var. Kriminal dünya isə ÇOX sıxdır, olarda gözlənilməz tapıntını qaytarmağa necə məcbur edilməsini YAXŞI BİLİRLƏR.

Balkan sindromu – Çingiz Abdullayev (5 AZN)

Dünyaca məşhur ekspert-analitik Dronqo bu dəfə siyasi əhəmiyyət kəsb edən işin öhdəsindən gəlməlidir. Federal Təhlükəsizlik Xidmətinin rəhbərliyi ekspertdən xahiş edir ki, Serbiyadakı həmkarlarına kömək etsin. Serbiya prokurorluğu ölkənin baş nazirinin müavini Predraq Baştiçin qətlə yetirilməsi üzrə qaldırılmış cinayət işinin təfərrüatlarına varmaq üçün əlindən gələni edir. Predraq Baştiç bütün Balkan respublikalarının hakimiyyət nümayəndələrinin çox əhəmiyyətli görüşü zamanı öz iqamətgahında boğularaq öldürülüb. Şübhəli şəxs qismində Baştiçin otağını mühafizə edən keşikçi həbs edilir. Dronqo aydınlaşdırır ki, qətl günü iqamətgahda dörd nəfər kənar şəxs olub, onlar iqamətgahda keçirilən məxfi görüşdə iştirak etməli deyildilər. Həmin şəxslərdən biri də Baştiçin oğludur...

Uğursuzun hekayəti – Çingiz Abdullayev (5 AZN)

İnvestisiya şirkətinin əməkdaşı İlya Nekrasovun ağlına da gəlmir ki, o, şirkətin rəhbərliyi ilə Mərakeş narkotik maddə alverçiləri arasındakı iri sövdələşmədə sadəcə yalançı fiqurdur. Bundan başqa, kimsə daim FTX əməkdaşlarına sövdələşmə barədə informasiya "sızdırır". Nekrasov hər dəqiqə həbs oluna bilər. Rəhbərlik Nekrasovdan istifadə edərək, onu narkotik alverçilərinin yanına göndərir. Bundan cəmi bir neçə adamın xəbəri olur. Nekrasovu satacaq Adam elə "köstəbəyin" özüdür. Bəxti əvvəllər də gətirməyən İlya həyatla ölüm arasında tarazlığı saxlamağa çalışır...

Əclafların qanunu – Çingiz Abdullayev(5 AZN)

Dövlət Dumasının deputatı Lazarev Dumanın binasında güllələnir. Qüdrətli cinayətkar avtoritet Moseşvili də öldürülür. Moskva küçələrində Qafqaz və slavyan qruplaşmaları arasında müharibə başlamasına az qalıb. Kriminalist Dronqo qəzəblənən kriminal canavarını əhliləşdirməyə qadir olan adamlardan biridir. Yolunun üstünə çıxmağa çalışan hər kəsin öhdəsindən amansızcasına gələn Dronqo ən gizli mafiyaya yaxınlaşır. Öyrəndiklərindən hətta o da diksinir.

Səməd Behrəngi "Bir şaftalı min şaftalı" (2AZN)

Ustad yazıçı Səməd Behrəngi, kiçik dostuna bir nağıl danışır. O nağılda, iki uşağın əkdiyi bir şaftalı tumunun cücərib böyüyərək ağac olana qədər baxın nələr gəlir başına: "...Beləliklə, mən hərəkətdən və hərarətli əllərdən düşdüm, torpağın altında xoş və şirin yuxuya getdim ki, yazda daha hazırlıqlı və daha qüvvətli ayılım, cücərim, torpaqdan çıxıb Polad ilə Sahibəli üçün çoxmeyvəli ağac olum. Elə ağac ki, onun şaftalıları mənə baxanda, öz gözəlliyindən utanan qızların qızarmış yanağına oxşasın, sulu və iri olsun. Qışda gördüyüm yuxulardan yadımda bir şey qalmayıb. Ancaq o yadımdadır ki, yekə ağac olmuşam. Polad və Sahibəli mənim gövdəmə dırmaşıb budaqlarımı silkələyirlər. Ağacın ətrafında toplaşan yarıçılpaq kəndli uşaqları yerə tökülən şaftalıları götürüb ləzzətlə yeyirlər. Ağızlarının suyu sinələrinə tökülür, çılpaq qarınlarını və hətta göbəklərini də isladır..."

Səməd Behrəngi "Balaca qara balıq" (2 AZN)

Gəlin qulaq asaq böyük nağıl ustası Səməd Behrənginin səsinə. Baxaq görək, bu nağılda Kiçik Qara Balıq anasına nə deyir: "...Yox, ana, mən belə gəzintilərdən yorulmuşam. Buradan uzaqlaşmaq və başqa yerlərdə nələr olduğunu bilmək istəyirəm. Birdən zənn edərsən ki, bunları mənə kimsə öyrədib, yox, ana, çoxdan bu fikrə düşmüşəm. Əlbəttə, ondan-bundan çox şeylər öyrənmişəm. Məsələn, bunu başa düşmüşəm ki, balıqların çoxu həyatlarını boşu-boşuna keçirdiklərindən gileylənirlər. Daim ah-nalə edir, hər şeydən şikayətlənirlər. Bilmək istəyirəm görüm, həyat elə bir qarış yerdə o yana-bu yana gedib qayıtmaqdanmı, qocalıb heç nə görməməkdənmi ibarətdir, yoxsa başqa dünya da mövcuddur!.."


AzNews.az