Faiq Balabəylinin oğlundan: “Bütün kişiləri mən biləcəksən…”

Gənc şair Tural Balabəylinin yeni kitabı nəşr olunub.

AzNews.az xəbər verir ki, kitab "VEKTOR" Beynəlxalq Elmlər Akademiyasının fəxri doktoru, "Şərəf və Ləyaqət" ordenli türk iş adamı Yüksəl Dükanın maddi dəstəyi ilə çap olunub.

Tural Balabəylinin "Bütün kişiləri mən biləcəksən…" kitabına Xalq şairi Vaqif Səmədoğlu, şair Aqşin Yenisey kimi dəyərli sənətkarlar dəstək verərək, xoş fikirlərini bildiriblər. Xatırladaq ki, bu, Tural Balabəylinin ilk şeir kitabıdır. Kitabda şairin şeirləri, esse, məqalə və ədəbi söhbətləri yer alıb.

Qeyd edək ki, tural Balabəyli tanınmış şair Faiq Balabəylinin oğludur.


AzNews.az