“Mənim də taleyim belə gətirdi. Çox çətindir. Bütün günü evdə oturub televizora baxıram”. “Mənim də taleyim belə gətirdi. Çox çətindir. Bütün günü evdə oturub televizora baxıram”.

“Çox pis darıxıram, üzgünəm” – Rasim Balayev

“Mənim də taleyim belə gətirdi. Çox çətindir. Bütün günü evdə oturub televizora baxıram”.


Bunu AzNews.az-a açıqlamasında Xalq artisti Rasim Balayev deyib.

Xeyli müddətdir işsiz qalan görkəmli aktyor bundan sonrakı yaradıcılıq yolunun ondan asılı olmadığını, bütün günü bekar qaldığını bildirib: "Bu da bir taledir. Görünür, mənim taleyimə yazılıb ki, 35 il aktiv işlə sonra da evdə otur... Heç nə ilə məşğul deyiləm. Heç yerdən tərpəniş yoxdur. Nə bilim, vallah, heç nə məndən asılı deyil. Çox təəssüf. Mən ssenarist, rejissor deyiləm. Bizim sənət asılı sənətdir, mən kimdənsə asılıyam. Kimsə təklif etməlidir ki, gedib hansısa rolu canlandıram, oynayam. İndi elə gətirib ki, nə ürəyim istəyən təklif var, nə də mənim təklifim keçir. Çox pis darıxıram. Üzücü günlərdir".

Aktyor deyib ki, rejissor – ssenarist olsaydı, aktiv bir həyatdan evin küncünə sıxılan məşhur adam – özünün obrazını yaradardı: "Mən ssenari yazsaydım, yaxud da film çəksəydim, belə edərdim. Yəqin bu məsələni kimsə yazmalıdır".

Bahar RÜSTƏMLİ
AzNews.az