Üzeyir Hacıbəylinin vokal əsərlərindən ibarət albom işıq üzü gördü

Azərbaycan Televiziya və Radiosunun musiqi kollektivlərinin bədii rəhbəri Ramil Qasımovun Üzeyir Hacıbəylinin vokal əsərlərindən ibarət musiqi albomu işıq üzü görüb.

CD topluda Üzeyir bəyin "O olmasın, bu olsun", "Arşın mal alan", "Koroğlu" operasından ariya və duetlər, bəstəkarın romansları, həmçinin, hərbi vətənpərvərlik mövzusunda yazdığı əsərlər öz əksini tapıb.

Üzeyir Hacıbəyliyə həsr etdiyi yeni diskini barədə danışarkən Ramil Qasımov bunları deyib: "Üzeyir bəyin əsərlərindən ibarət böyük bir toplu çıxarmaq mənim çoxdankı arzum idi. 15 yaşımda mənə tarixdə "O olmasın, bu olsun"da Sərvər, "Arşın mal alan"da Əsgər, həmçinin 26 yaşında "Koroğlu"da Koroğlu obrazını ifa etmək nəsib olub".

R.Qasımovun CD albomu çıxarmaqda məqsədi Azərbaycanın hüdudlarından kənarda olarkən professional musiqimizi təbliğ və təqdim etməkdir.

Bahar
AzNews.az