“Şükürlər olsun ki, indi əvvəlkinə nisbətən yaxşıyam”. “Şükürlər olsun ki, indi əvvəlkinə nisbətən yaxşıyam”.

Yataq xəstəsi olan Xalq artisti: “Müayinəyə hərdən gedirəm”

“Şükürlər olsun ki, indi əvvəlkinə nisbətən yaxşıyam”.


Bunu AzNews.az-a açıqlamasında Xalq artisti Ramiz Əzizbəyli deyib.

O, ev şəraitində müalicəsinin davam etdiyini deyib: "Hazırda müalicəm aparılır, hərdən müayinəyə də gedirəm".

R.Əzizbəyli Mədəniyyət və İncəsənət Universitetindən uzaqlaşması barədə də danışıb. O bildirib ki, işləməyə səhhəti imkan vermədiyindən özü ərizə yazıb: "Mən işlə qurtardım, indi pensiyadayam".

Qeyd edək ki, R. Əzizbəyli bu il fevral ayının 9-da avtomobil qəzası keçirib.
Həmin qəzadan sonra aktyor yerimə qabiliyyətini itirib.

Bahar RÜSTƏMLİ
AzNews.az