Kazan şəhərində “Türkvizion-2014” mahnı müsabiqəsinə yekun vurulub. Kazan şəhərində “Türkvizion-2014” mahnı müsabiqəsinə yekun vurulub.

“Türkvizion-2014”ün qalibi bəlli oldu - FOTOLAR

Kazan şəhərində “Türkvizion-2014” mahnı müsabiqəsinə yekun vurulub.



AzNews.az AzərTAc-a istinadən xəbər verir ki, müsabiqənin final mərhələsində 15 ölkəni təmsil edən ifaçılar mübarizə aparıblar.

"Turkvision-2014" müsabiqəsinin qalibi Qazaxıstanı təmsil edən müğənni Janar Duqalova olub. Müsabiqənin qalibinə beynəlxalq "TMB" telekanalında bir il ərzində öz musiqi çarxlarını nümayiş etdirmək imkanı verilib, həmçinin pul mükafatı təqdim edilib.

Sözügedən müsabiqədə Azərbaycanı "Divlərin yalnızlığı" mahnısı ilə "Azərbaycanın səsi" layihəsinin qalibi Elvin Ordubadlı təmsil edib. E.Ordubadlı müsabiqənin doqquzuncusu olub.

"Türkvizion-2014" müsabiqəsinin televiziya yayımı iştirakçı ölkələrin ictimai və musiqi proqramlarında həyata keçirilib. Azərbaycanda yarımfinal və final ATV televiziya kanalında yayımlanıb.

Türk dünyasının beynəlxalq "Turkvision" televiziya mahnı müsabiqəsi 2013-cü ildən keçirilir. Müsabiqənin təşəbbüskarı və təsisçisi "TMB" TV kanalıdır. Müsabiqənin əsas məqsədi müasir türk estrada musiqi sənətinin daha da tanıdılması, beynəlxalq yaradıcı əlaqələrin genişləndirilməsi, türkdilli ölkələr və xalqlar arasında həmrəylik və əməkdaşlığın möhkəmləndirilməsidir.

Qeyd edək ki, Rusiya Federasiyasının Kazan şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Mədəniyyət Nazirlərinin 32-ci dönəm toplantısında Türkmənistanın Mərv şəhərinin 2015-ci ildə "Türk dünyasının mədəniyyət paytaxtı" olması ilə bağlı qərar qəbul edilib. Beləliklə də, gələn il "Turkvision-2015" mahnı müsabiqəsi məhz Türkmənistanda keçiriləcək.
image description image description image description