Akademik Teatrın oktyabr repertuarı

Akademik Milli Dram Teatrı oktyabr ayının repertuar planını açıqlayıb. Oktyabrın 3-də A.Saqareli "Xanuma", 4-də Elzin "Teleskop", 5-də Elzin "Qatil", 6-da İ.Əfəndiyevin "Boy çiçəyi", 7-də M.Friş "Don Juan", 9-da H.Mirələmov "Gəncə qapıları", 10-da F.Brukner "Napoleon", 11-də F.Dürrenmatt "Yaşlı xanımın gəlişi", 12-də E.Filippo "Kabyslar", 13-də Elzin "Şekspir", 17-də V.Hüqo "Qadın məhəbbəti", 18-də H.Mirələmov "Gəncə qapıları", 19-da Oliqrax "Əfqan", 20-də S.Sendil "Qanlı nigar", 21-də M.F. Axundzadə "Sərgüzəşti-Vəziri-Xan lənkəran", 24-də A.Məsud "Qatarın altına atılan qadın" və s. kimi tamaşalar nümayiş olunacaq.

Bahar Rüstəmli
AzNews.az